Zəvvarları daşıyan avtobus dərəyə yuvarlandı - 12 ölü

Hindistan şimalında yerləşən Cammu və Kəşmir ştatında zəvvarları daşıyan avtobusun dərəyə aşması nəticəsində azı 12 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, insident avqustun 21-də səhər saatlarında Kaştvar dairəsində qeydə alınıb. Ehtimallara görə, sürücü yolun mürəkkəb hissəsində idarəetməni itirib. Həkimlər qəza zamanı yaralanan iki nəfərin vəziyyətinin ağır olduğunu bildirirlər. Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












