“Adamı hoppandırıb, tullandırıb guya arıqladırlar” - İdman zalında ölümlər

Sosial 22 May 2026 23:24
“Adamı hoppandırıb, tullandırıb guya arıqladırlar” - İdman zalında ölümlər
WhatsApp kanalımıza abunə olun

“Bu cinayətdir, adam qaçdığı yerdə qəflətən hətta infarkt keçirə, ölə bilər”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru Rafiq Yusifli bildirib. O, son aylarda idman zallarında qeydə alınan ölüm hallarını şərh edib.

R.Yusiflinin sözlərinə görə, idman zalına getməzdən öncə mütləq şəkildə həkim müayinəsindən keçmə tələb olmalıdır:

“Bəzən insanlar özləri də bilmədən hansısa xəstəlikdən əziyyət çəkir. Xüsusən uşaqlarda anadangəlmə xəstəliklər ola bilər. Hazırda ürək xəstəlikləri geniş yayılıb. Keçən il vəfat edən aktyor Cabir İmanov da elə idman zalında, məşq prosesində həyatını itirdi. Ona görə də ən xırda təfərrüata diqqət yetirilməlidir. Ürək xəstəliyi olan insanlar xüsusilə idman zalında ağır fiziki alətlərdən istifadə edərkən hətta ölüm riski ilə qarşılaşa bilər. 20, 30, 35 yaşlı şəxslər ağır idman növləri ilə məşğul olmaq istəyir. Lakin bəzən özləri də bilmədən koronar damarlarda müəyyən problemləri olur. Bu problem özünü ciddi şəkildə büruzə vermir. Orta səviyyəli xəstəlik belə damar daralması ilə ağır fiziki məşq zamanı ciddi xəstəliyə çevrilə bilər”.

Kardioloq qeyd edib ki, sağlamlığını düşünən hər kəs öncə həkim qəbulunda olmalıdır:

“İdman zalına rəhbərlik edən şəxslər insanlardan tibbi arayış tələb etməlidirlər. Əks halda, sabah qəfil ölüm halı baş verərsə, buna kim cavabdeh olacaq?! Bir dəfə şərh yazmışdım ki, artıq çəkisi olan adamı hoppandırıb, tullandırıb guya arıqladırlar. Bu, düzgün metod deyil. Bu cinayətdir, adam qaçdığı yerdə qəfildən hətta infarkt keçirə, ölə bilər”.

Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədov da Rafiq Yusifli eyni rəydədir:

“İdman zalında məşğul olmazdan öncə sağlamlıq haqqında arayış tələb olunmalıdır. Hər adam ştangın altlna girə, döşəyin üstünə çıxa bilməz. İndi hava, qida və s. də əvvəlki kimi deyil. Gənclər belə ağır xəstəliklərə düçar olur. Yaxşı olardı ki, idman zallarında həkim müayinəsi təşkil olunsun. Qan qrupundan tutmuş, təzyiqə qədər şəxs dəqiq yoxlanılsın”.

Tanınmış idmançı qeyd edib ki, hazırda idman zalları dövlətdən maddi dəstək almır:

“Onlar öz hesabına fəaliyyət göstərir. Bu tip idman zalları tələbə sayının çoxluğuna can atır. Təbii ki, valideynlər də öz növbəsində istəyirlər övladları sağlam, boylu-buxunlu olsun. Buna görədə istənilən təkliflə razılaşırlar. Lakin diqqətsizlik edərək uşaqlarını həkim müayinəsindən keçirmirlər. Nəticədə xoşagəlməz hadisələr baş verir. Hətta ölüm halı”.

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh