Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb. Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlara daha çox "meylli" olurlar. Araşdırmalara əsasən, qan qrupu 0 olan şəxslər digər qruplarla müqayisədə daha çox risk altındadır.
Bundan əlavə, bədən temperaturu yüksək olan, daha çox tərləyən və fiziki aktivliyi yüksək olan insanlar ağcaqanadları daha çox cəlb edir. Çünki bu zaman orqanizmdən ayrılan karbon qazı və digər qoxular həşəratları özünə çəkir. Həmçinin hamilə qadınlar və spirtli içki qəbul edən şəxslər də ağcaqanadların daha çox diqqətini çəkən qruplar arasında göstərilir. Mütəxəssislər bildirir ki, tünd rəngli geyimlər də ağcaqanadları cəlb edə bilər. Bu səbəbdən açıq rəngli geyimlərə üstünlük vermək tövsiyə olunur. Qeyd edək ki, ağcaqanad sancmalarından qorunmaq üçün xüsusi spreylərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq və gigiyenaya diqqət yetirmək vacib sayılır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












