"Asfalt yoxdur, marşrut da pis vəziyyətdədir" - Kabusa çevrilən yol - VİDEO

Abşeron rayonu, Saray qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsində yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan yoxdur. 20 ildən artıqdır ki, bu cür vəziyyət hökm sürür və ərazidə beş minə yaxın sakin yaşayır.
Avtosfer.az xəbər verir ki, sakinlər məsələ ilə bağlı şikayətlərini Baku TV-yə belə dilə gətiriblər:
"Bütün ucqar yerlərdə hamının yolu asfaltdır. Bizim yolumuz asfalt deyil. Yağış yağanda evlər suyun içində qalır".
"2005-ci ildən ev tikmişəm. Burada yaşayıram. Bu neçə ildir yaşadığım gündən bu günə qədər burada asfaltlama, yol işi görülməyib. Marşrut işləyir. Marşrut da çox-çox çətin vəziyyətdədir", - deyə digər sakin bildirib. Saray qəsəbəsi bələdiyyəsindən isə bildirilib ki, Saray qəsəbəsində ümumilikdə 378 küçə mövcuddur. Qeyd olunan Ənvər Məmmədxanlı küçəsində də həm icra nümayəndəliyi, həm də qəsəbə bələdiyyəsi tərəfindən bu vaxta qədər abadlıq işləri görülüb.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












