Azərbaycana 103 milyon dollarlıq ət idxal olundu

Cari ilin yanvar-noyabr aylarında ölkəyə 103 milyon 15 min dollar dəyərində 43 min 54 ton ət idxal edilib.
Avtosfer.az xəbər verir ki, 2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycana 116 milyon 989 min dollar dəyərində 53 min 337 ton ət idxal olunmuşdu. Bu isə o deməkdir ki, 2025-ci ildə ət idxalının həm dəyər, həm də həcm baxımından azaldığı müşahidə olunur.
2025-ci ilin yanvar-oktyabr aylarında ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və digər su onurğasızlarından hazırlanmış məhsullar üzrə idxal 45 milyon 185.93 min dollar, ixrac isə 2 milyon 408.65 min dollar təşkil edib.
11 ay ərzində Azərbaycana xarici ölkələrdən yeyinti məhsullarının idxalı 2 milyard 334 milyon 942 min ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 11 faiz çoxdur./oxu.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












