Azərbaycanda bu avtobuslar ƏDV-dən azad oluna bilər

Azərbaycanda sənaye parklarının idxal etdiyi və satdığı avtobuslar əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər.
Avtosfer.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) verdiyi təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalının və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışının 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Bundan başqa, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycanın ərazisində istehsal olunan minik avtomobillərinin satışının – 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilməsi planlaşdırılır.
Həmçinin ölkə ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalının –avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə isə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












