Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI

"Azərbaycanda son dövrlər bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur. Bu artım daha çox gündəlik istifadə olunan məhsullarda özünü göstərir".
Avtosfer.az xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, xüsusilə kartof, xiyar, pomidor, alma, armud, yumurta və süd məhsullarında qiymətlər əvvəlki dövrlə müqayisədə yüksəlib:
"Məsələn, əvvəllər 90 qəpik - 1 manat arasında satılan kartof hazırda təxminən 1,30–1,60 manat civarında təklif olunur. Pomidorun qiyməti 2,50–3,20 manat aralığından 3,50–4,50 manatadək yüksəlib. Xiyar isə əvvəl 2–2,20 manat olduğu halda, hazırda 3–3,50 manat arasında satılır".
AQC sədri qeyd edib ki, yumurtanın da qiymətində artım var:
"Əvvəllər bir ədəd yumurta 15–17 qəpik arasında dəyişirdisə, hazırda təxminən 20-23 qəpik civarında satılır. Südün bir litrinin qiyməti də 1,50–1,60 manatdan 2–2,10 manatadək yüksəlib".
V.Oruc bildirib ki, bütün məhsullarda bahalaşma müşahidə olunmur:
"Bəzi məhsullarda, xüsusilə daha az istifadə olunan məhsullarda ucuzlaşma da qeydə alınıb. Məsələn, kələm və kök kimi məhsullarda təxminən 25–30 faiz civarında qiymət enməsi müşahidə olunur. Bunun əsas səbəbi həmin məhsullara tələbatın nisbətən aşağı olmasıdır. Bəzi məhsullarda isə bolluq qiymətlərin aşağı düşməsinə səbəb olur. Məsələn, soğanın istehsalı çox olduğu üçün onun qiyməti müəyyən qədər ucuzlaşıb və hazırda təxminən 90 qəpik – 1 manat civarında satılır".
Ekspert vurğulayıb ki, bazardakı qiymət dəyişikliklərinə həm mövsümi amillər, həm də regionda baş verən müharibə şəraiti təsir edir. Çünki bəzi məhsullar qismən İrandan idxal olunur. İrandan gətirilən məhsullar bazarın ümumi həcminin təxminən 5-10 faizini təşkil etsə də, bu amil müəyyən məhsulların qiymətinə təsirsiz ötüşmür.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












