Azərbaycanda hərbi təlimlərə bu şəxslər CƏLB OLUNACAQ

Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən olunmuş zamanlarda ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir.
Bəs bu hərbi təlimlərə (toplanışlara) kimlər çağırılır?
Hansı hərbi vəzifəyə sahib olan şəxslər bu təlimlərə getməlidir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Ajans.az-ın suallarını hərbi ekspert İbrahim Rüstəmli cavablandırıb:
“Hərbi təlimlər dünyanın bütün ordularında həyata keçirilən bir kampaniyadır. Ola bilsin ki, tələblərə uyğun olaraq onların intensivliyi artırılsın, yəni hərbi təlimlərə daha çox adam cəlb olunsun. İlk növbədə bu təlimlərə daha çox ehtiyac duyulan ixtisaslar üzrə mütəxəssislər cəlb olunur.
Bu mütəxəssislər kimlərdir?
Onlar ali təhsil müəssisələrində ixtisaslaşmış kadrlardır. Eyni zamanda, Azərbaycan Konstitusiyasına uyğun olaraq 18 yaşına çatmış hər bir şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etməlidir. Ali təhsil müəssisələrində təhsil alanlar isə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Bu şəxslərə xidmət dövründə müəyyən ixtisaslar öyrədilir və qeydiyyatı aparılır.
Onlar ordudan təxris olduqdan sonra, o ixtisaslar üzrə kadrlara ehtiyac duyularsa, məhz həmin insanlar hərbi təlimlərə cəlb olunur. Hərbi təlimlər ixtisası artırmaq xarakteri daşıyır. Əvvəllər qazanılmış biliklərin daha da genişləndirilməsi, produktiv hala gətirilməsi məqsədi ilə keçirilir. Yəni, ona görə də hərbi təlimlərə ən çox hansı ixtisasa ehtiyac duyulursa, o ixtisas üzrə kadrlar cəlb olunur.

Kimlər hərbi təlimlərdə iştirak etməyə bilər?
Təlimlərdə iştirak etməmək üçün heç bir kəsə xüsusi imtiyaz verilməyib. Hər bir şəxs bu təlimlərə mərhələli şəkildə cəlb olunur, kütləvi şəkildə cəlb olunmurlar.
Məsələn, Azərbaycan ordusunun sifarişi 100 nəfərədir, amma bu ixtisas üzrə 1000 nəfər kadr var. Onların hamısı təbii ki, çağırılmır.
Bu təlimlərdən yayınmaq ehtimalı yoxdur.
Bu təlimlər insanları çaşdırmasın. Çox dinamik bir həyatın içində yaşayırıq. Dünyada münaqişə və müharibələr çoxdur və getdikcə də artır. Belə bir vəziyyətdə Azərbaycan dövlətinin öz ordusunu daim ayaqda saxlaması və döyüş qabiliyyətini artırması da öz aktuallığını artırır. Ona görə də belə təlimlər ola bilsin ki, bir qədər intensiv şəkildə həyata keçirilir. Amma bütün dövrlərdə bu təlimlər keçirilib, bu gün də həm Müdafiə Nazirliyi, həm də digər güc strukturlarının illik planına uyğun olaraq reallaşdırılır.”
Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı - VİDEO
Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər – SƏBƏB
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – Sürücülərin diqqətinə!
Bakının mərkəzində məşhur bina sökülür? - Park salına bilər
Yolları bərbad vəziyyətdə olan sakinlər - İri gölməçələr yaranıb - VİDEO
Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
"Bizi öləndə haradan aparacaqlar?" - Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda ən yüksək maaş bu rayonlarda verilir - SİYAHI
"Beş metr məsafəni keçmək üçün üç saat tıxacda qalıram" - Sürücüləri bezdirən yol - VİDEO
Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ!










