Azərbaycanda metro və avtobusda gedişhaqqı artırılır? – Fərqli sistem…

İctimai nəqliyyatda gedişhaqqının 90 qəpik və ya 1 manata qaldırıla biləcəyi ilə bağlı iddialar gündəmi zəbt edib. Xüsusilə gündə 4-6 dəfə nəqliyyatdan istifadə edən vətəndaşlar üçün belə artımın ciddi yük yaradacağı bildirilir. Ekspertlərin rəyinə görə, qiymət bu cür kəskin şəkildə artsa, orta və aşağı gəlirli ailələrin büdcəsinə birbaşa təsir göstərəcək.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda birdəfəlik gedişhaqqının məbləği turistlər üçün maraqlı olmalıdır:
“Çünki ölkədə mövcud nəqliyyat sistemi düzgün qurulmayıb və birdəfəlik gedişhaqqı metro və avtobuslardan az istifadə edənlərə aid edilməlidir. Yerli sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır. Bu biletləri alan vətəndaşlar, xüsusilə də Bakıda yaşayanlar üçün fərqli tariflər müəyyən edilməlidir. Məsələn, əgər bir günlük bilet alınırsa və gün ərzində istənilən qədər nəqliyyatdan istifadə edilirsə, qiymət birdəfəlik gedişhaqqından bir qədər ucuz olmalıdır. Aylıq biletlər təxminən 20 faiz, altı aylıq biletlər 30-40 faiz, illik biletlər isə 50 faiz daha ucuz müəyyən edilməlidir. Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm də rahatdır”.
İqtisadçı bildirib ki, qiymət artımındansa tələbələr və təqaüdçülər üçün xüsusi güzəştli gedişhaqqı biletləri satılmalıdır:
“Onlar ayrıca bir kateqoriya kimi nəzərə alınmalıdır. Ümumiyyətlə, Azərbaycanda daha mürəkkəb, lakin işlək və ədalətli nəqliyyatda gedişhaqqı sistemi yaradılmalıdır. Əks halda, nəqliyyatda qiymət artımları nə keyfiyyətə, nə də sərnişin məmnuniyyətinə müsbət təsir göstərəcək”.
Qeyd edək ki, hazırda Almaniya (aylıq), Avstriya (illik), Portuqaliya (aylıq), Sloveniya (aylıq, həftəlik, günlük), Malta (həftəlik, aylıq), Rumıniya (Buxarest – həftəlik, aylıq, yarım illik və illik), İrlandiya (Dublin – aylıq və başqa müddətli (Leap Card), BƏƏ (Dubay, Əbu-Dabi – gündəlik, həftəlik, aylıq və sair), Kanada (aylıq), Fransa (Paris – həftəlik, aylıq, illik), İsveçrə kimi ölkələrdə nəqliyyat vasitələri üçün abunə biletləri təklif edilir. Dünyada bu sistemə keçidlər bağlı konkret statistika olmasa da, təxminən 15–16 ölkənin sözügedən üsuldan istifadə etdiyini demək olar.(global.info)
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












