Azərbaycanda siqaret bahalaşdı - SİYAHI

Azərbaycanda siqaretlər bahalaşıb.
Avtosfer.az xəbər verir ki, bir qutu tütün məmulatının qiyməti orta hesabla 30-40 qəpik artıb.
Əvvəllər 2 manat 60 qəpiyə olan “Magna”nın bir qutusu hazırda 2 manat 90 qəpik, 3 manat 10 qəpiyə satılan “Pall Mall” 3 manat 40 qəpik, 3 manat olan “LD” 3 manat 30 qəpik, 4 manat 20-yə satılan “Winston” 4 manat 80 qəpik, 4 manat 40 qəpik olan “Kent” 4 manat 80 qəpik, 4 manat 70 qəpiyə satılan “Sobranie” isə 5 manat 10 qəpik olub.
Dairədə kobudluq edən sürücü digər avtomobillərə təhlükə yaratdı - VİDEO
Bunlar marketlərdə təklif olunan qiymətlərdir. Küçələrdəki ticarət köşklərində bütün siqaretlər təxminən 20 qəpik daha baha satılır.
Satıcıların sözlərinə görə, siqaretlər artıq 3 gündür ki, market və kiosklarda cari qiymətə təklif edilir.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










