Azərbaycanda universitetə rektor təyin edildi - FOTO

Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub. Avtosfer.az xəbər verir ki, rektor Nəcibə Nəsibova 525.az-a müsahibəsində xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bununla bağlı qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib. Daha sonra təyinat elm və təhsil nazirinin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib. Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyi vəzifəsində çalışıb. 30 ildən artıq müddətdə o, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial məsələlərinin həllində iştirak edib, həmçinin Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq 2023-cü ildə iki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən əldə edilib. 2024-cü ilin fevralında Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında bununla bağlı müvafiq memorandum imzalanıb.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncamla Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbulu ala bilmə hüququ verilib.
2024-cü ildən bu yana universitetin rektoru vəzifələrinin icrasını Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev icra edirdi.
İki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan universitetin fəaliyyət istiqamətləri sırasında ortaq təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi yer alır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ













