Azərbaycanda yeni trend: Qan və məzar torpağından hədiyyə nə məna verir? – Psixoloq İZAH ETDİ

Son dövrlər paytaxtda diqqətçəkən və narahatlıq doğuran bir tendensiya formalaşıb. İnsanlar sevgini və sədaqəti adi emosional ifadələrlə deyil, simvolik və radikal jestlərlə sübut etməyə çalışırlar. Öz saçından, qanından və hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanmış aksesuarların hədiyyə edilməsi artıq sosial şəbəkələrdə romantik fədakarlıq kimi təqdim olunur. Bu hədiyyələr bəziləri üçün sevginin dərinliyinin göstəricisi sayılsa da, əslində məsələ daha mürəkkəb psixoloji və sosial qatlara malikdir.

Məsələ ilə bağlı psixoloq Orxan Şəfizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, bu davranışın arxasında çox vaxt sağlam emosional bağlılıqdan çox, qorxu və itirmə narahatlığı dayanır:
“Bakıda son dövrlər müşahidə olunan və qorxunc hədiyyə kimi təqdim edilən tendensiya sevgini qan, saç və ya məzar torpağı kimi simvolik və ekstremal vasitələrlə sübut etməyə çalışma romantik jest kimi qavranılsa da, əslində dərin psixoloji ehtiyacların göstəricisidir. Psixoloji baxımdan bu cür addımların əsas səbəbləri arasında tərk edilmə qorxusu xüsusi yer tutur. “Səni itirməmək üçün hər şeyi edərəm” düşüncəsi insanı sərhədləri aşmağa sövq edə bilər. Bağlanma travmaları, emosional asılılıq və sevginin dramatik şəkildə idealizə olunması da risk faktorları sırasındadır. Bəzi hallarda diqqət və təsdiq ehtiyacı, eləcə də sağalmamış yas prosesi xüsusilə vəfat etmiş yaxınla bağlı simvolik obyektlərin istifadəsi bu davranışın formalaşmasına təsir göstərir. Uzunmüddətli perspektivdə belə jestlər münasibətlərdə sağlam dinamikanı pozur. Qarşı tərəfdə emosional borc hissi yarana, münasibət manipulyativ müstəviyə keçə bilər. Qorxu və ikrah reaksiyası formalaşa, özünə zərər davranışları normallaşa və psixoloji asılılıq dərinləşə bilər. Sevginin sübut olunmalı və bunun üçün ağrı və risk tələb edən bir anlayışa çevrilməsi münasibətdə təhlükəli presedent yaradır. Bu tip davranışlara daha çox yeniyetmə və gənc yetkinlərdə təxminən 14–25 yaş aralığında rast gəlinir. Bu dövrdə emosional impulsivlik, kimlik axtarışı və münasibətləri idealizə etmə meyli daha güclü olur. Sosial şəbəkələrin təsiri ilə dramatik jestlərin romantikləşdirilməsi də prosesi sürətləndirir. Müdaxilə baxımından əsas istiqamət psixoedukasiya və sağlam sevgi modelinin təbliğidir. Gənclərlə emosional tənzimləmə bacarıqları üzərində işləmək, bağlanma yönümlü terapiya tətbiq etmək və itki faktoru varsa yas terapiyasına müraciət etmək effektiv hesab olunur”.
Nurcan Babək
"Düşünməsin ki, yol həmişə onundur" - Sığorta şirkəti hansı halda ödənişdən imtina edə bilməz? - VİDEO
Bu qızıl mağazalarından alış-veriş etməyin - XƏBƏRDARLIQ
Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?










