Banner

"Azəriqaz"ın "gücləndirilmiş iş rejimi"ndən ŞİKAYƏTLƏR - "Hələ də qazsız qalmışıq" – VİDEO

Sosial 2 Yanvar 2026 20:40 Oxunub 422
"Azəriqaz"ın "gücləndirilmiş iş rejimi"ndən ŞİKAYƏTLƏR - "Hələ də qazsız qalmışıq" – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda və bir sıra bölgələrdə smart-kart tipli sayğacdan istifadə edən vətəndaşlar ciddi problemlə üzləşiblər. Dünəndən başlayan problem hələ də öz həllini tapmayıb. Belə ki, ödəniş terminallarında karta vəsait yüklədikdə məbləğ balansda əksini tapmır.

https://avtosfer.az/az/avtosfer-tv/gelandewagen-surucusu-qirmizda-kecib-agir-qeza-toretdi-6-nefer-oldu-vi%CC%87deo-312643

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı vətəndaşlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Vətəndaşlardan biri bildirib ki, qaz idarəsinə müraciət edən zaman "bu gün iş günü deyil" cavabını alıb:

"Deməli, biz birinci günə qədər qazsız qalmalıyıq? Telefonda mənə dedi ki, mənim iş günüm deyil, mən oraya gəlsəm, mənim hörmətimi edəcəksən?"

Digər şikayətçi isə qeyd edib ki, dünəndən evlərində qaz kəsilib:

"Ötən gün saat 4-5 radələrindən kartda pul qurtardığına görə "E-manat", "MilliÖn" terminallarından yükləmə etmək istəyirik, yazılır ki, "abonent məlumatları tapılmayıb". Bizə deyirlər ki, iki saatdan sonra düzələcək, dünən də eyni vədi verdilər. Şaxtalı havada hamının ailəsi, uşağı onun-bunun qapısındadır".

"Evdə anam 40 dərəcə qızdırma ilə yanır, körpə uşaq da onun kimi. Evdə qaz yox, işıqlar sönür-yanır. Kimə deyək dərdimizi?" - deyə daha bir şəxs vurğulayıb.

Yeni ilin ilk günlərindən bəzi ərazilərdə yaşayan vətəndaşlar bu problemlə qarşı-qarşıyadırlar. İstirahət günlərində gücləndirilmiş iş rejimində işləməli olan "Azəriqaz"ın əməkdaşları isə, görünür, özləri istirahətdən qalmayıb vətəndaşları çətin vəziyyətdə qoyublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh