Bakı metrosu ilə bağlı yenilik gözlənilir: interval və vaqonlar…

Fevralın 16-dan etibarən tələbələrin tədrisə qayıtması ilə metroda sərnişin sıxlığı artıb. Hətta sərnişinlər arasında səhhəti pisləşənlər və insident yaşayanlar da var.
Bəs bu vəziyyətlə bağlı hansı tədbirlər görülə bilər? Bakı metrosunda sıxlığı tənzimləmək üçün nə kimi addımlar atıla bilər?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metroda belə bir vəziyyətin yaranması başa düşüləndir.
Onun sözlərinə görə, hazırda metro sərnişin yükünü artıracaq gücdə deyil:
“Daxili imkanlar hesabına intervalı azaldıblar və müəyyən addımlar atıblar. Bu, yeni rəhbərliyin həyata keçirdiyi siyasətin nəticəsidir. Əvvəlki dövrlərdə vəziyyət daha dözülməz idi. Bu problemləri həll etmək çətindir, çünki kökündə maliyyə məsələləri dayanır. Yeni stansiyalar və yeni vaqonlar lazımdır, lakin stansiya tikintisi qısa müddətdə mümkün deyil. Hazırda “Bənövşəyi” və “Yaşıl xət”lər üzrə tikintilər, həmçinin depoların inşası sürətlə davam edir”.
Ekspert əlavə edib ki, görüləsi işlər hələ çoxdur:
“Yeni stansiyalar açılmalı, əlavə qatar və vaqonlar alınmalıdır ki, daşımalar daha intensiv və geniş ərazini əhatə etsin. Hazırda 28 stansiya mövcuddur və bu say sərnişin sıxlığının yaranmasının səbəbidir. Yeni stansiyalar və qatarlar tamamlanana qədər problem davam edəcək”./global.info
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












