Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Mayın 14-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:30-dan 13:00-dək Dilarə Əliyeva, Puşkin küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan Avtosfer.az-a verilən məlumata görə, eyni zamanda mayın 14-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 15:00-dək Şüvəlan qəsəbəsi Gülçülük sovxozu yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan yüksək gərginlikli hava xətlərində təmir işi aparılacaq. Beləliklə, saat 11:00-dan 14:00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi və Stansiya Sumqayıt ərazisinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Məlumatda qeyd olunur ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












