Bakıda 10 manata satılır: Xəstəlik mənbəyidir – AÇIQLAMA

Marketlərdə 10-15 manata "Tefal" adı ilə satılan tavalar alıcıların diqqətini cəlb edir və geniş maraq doğurur. Qiymətin bu qədər ucuz olması isə məhsulun keyfiyyəti və sağlamlığa mümkün təsiri ilə bağlı suallar yaradır. Bildirilir ki, mətbəx qablarının materialı və örtüyü insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır və keyfiyyətsiz məhsullar risk yarada bilər.
Avtosfer.az bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, marketlərdə 10-15 manata "Tefal" adı ilə satılan tavalar istehlakçılarda haqlı sual yaradır.
"Çünki Tefal beynəlxalq və tanınmış markadır. Orijinal məhsulların istehsal xərcləri, keyfiyyətə nəzarət mərhələləri və sertifikasiya tələbləri nəzərə alındıqda bu qədər aşağı qiymət real görünmür. Bu səbəbdən belə məhsulların saxta və ya imitasiya olma ehtimalı yüksək qiymətləndirilir. Orijinal olmayan və nəzarətsiz istehsal olunan tavalar sağlamlıq baxımından risk daşıya bilər. Əgər yapışmayan örtük standartlara uyğun deyilsə, yüksək temperaturda parçalanaraq zərərli maddələr buraxa bilər. Sertifikatsız məhsullarda ağır metalların - məsələn, qurğuşun və kadmiumun - istifadəsi ehtimalı da istisna edilmir. Bundan əlavə, keyfiyyətsiz örtük tez cızılır və soyulur, nəticədə həm örtük hissəcikləri qidaya qarışa, həm də alt metal təbəqə reaksiya verə bilər. Qeyd olunmalıdır ki, müasir və orijinal yapışmayan örtüklər normal istifadə şəraitində təhlükəsiz hesab olunur; risk əsasən saxta və standartdan kənar istehsal zamanı yaranır".
Ekspert bildirib ki, zərərli maddələrin yeməyə keçmə ehtimalı xüsusilə tava 250-300°C-dən yüksək temperaturda uzun müddət qızdırıldıqda, səth cızıldıqda və ya örtük soyulduqda artır:
"Məhsulun mənşəyi və sertifikatı məlum deyilsə, risk daha yüksək olur. Ucuz və mənşəyi bilinməyən tavalarla bağlı əsas problem də məhz xammal və texnologiya barədə şəffaflığın olmamasıdır. İstehlakçılar məhsul alarkən rəsmi satış nöqtələrinə üstünlük verməli, qablaşdırma üzərində barkod, istehsalçı ünvanı və texniki məlumatların olub-olmadığını yoxlamalıdır. Tanınmış brend üçün həddindən artıq ucuz qiymət şübhə doğurmalıdır. Tavanın çəkisi və material keyfiyyəti də önəmlidir. Həddindən artıq yüngül və nazik metal tez deformasiya ola bilər. İstifadə zamanı metal qaşıqlardan uzaq durmaq, boş halda yüksək temperaturda qızdırmamaq və səth zədələndikdə məhsulu dəyişmək tövsiyə edilir".
Onun sözlərinə görə, 10-15 manata "brend" adı ilə satılan tavalar böyük ehtimalla orijinal deyil və uzunmüddətli istifadədə sağlamlıq riski yarada bilər.
"Mətbəx qabları gündəlik istifadə olunan vasitələrdir, buna görə seçim zamanı qiymətdən çox təhlükəsizlik və sertifikasiya əsas meyar olmalıdır".
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri










