Bakıda avtobuslara maraq artır - Avtomobildən ictimai nəqliyyata DÖNÜŞ

Bakıda son illər müşahidə edilən dəyişikliklər təsadüfi deyil. Əgər bir vaxtlar ictimai nəqliyyat tıxacda saatlarla ilişib qalmaq, sərnişinlərin isə əsəbi və yorğun halda dayanacaqlarda gözləməsi ilə müşahidə olunurdusa, indi mənzərə yavaş-yavaş dəyişir. İnfrastruktur layihələr, avtobus parkının yenilənməsi və ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələrinin gətirilməsi ictimai nəqliyyat mədəniyyətini yenidən formalaşdırır.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, 2025-ci ilin ilk yarısında ölkə üzrə avtobuslarla 861 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,5 milyon nəfər çoxdur.
Maraqlısı odur ki, artım yalnız əhalinin sayına görə deyil, həm də insanların şəxsi avtomobildən avtobusa keçid etməsi ilə bağlıdır.
2023-cü ildə gedişlərin təxminən yarısı şəxsi maşın və taksi ilə olurdusa (48,4 faiz), bu il göstərici 41,8 faiz-ə qədər azalıb. Paralel olaraq ictimai nəqliyyatın payı 28,4 faizdən 33,9 faiz-ə yüksəlib.
Bu rəqəmlər bir sualı aktuallaşdırır. Nə dəyişib ki, sərnişinlər avtobuslara üz tutmağa başlayıb?
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtobusların bir çox xüsusiyyətlərinə görə ona maraq yüksəlir:
“İctimai nəqliyyatın avtobus seqmentinə maraq artıb. Sərnişinlər daha çox avtobuslardan istifadə etməyə başlayıb. Bunun əsas səbəbi marşrut xəttinə buraxılan avtobusların sayı artırılıb, həmçinin köhnə avtobuslar mərhələli şəkildə yığışdırılaraq, yeniləri buraxılır. Bakının 40-a yaxın küçə və prospektində avtobuslara ayrılmış 112 kilometrlik xüsusi zolaqlar fəaliyyət göstərir. Hər gün bu zolaqlardan 1 milyona yaxın sərnişin istifadə edir. Avtobusların orta sürəti artıb, bəzi ərazilərdə gediş vaxtı 20 dəqiqəyə qədər azalıb. Bu, sadəcə statistik göstərici deyil, həm də insanların gündəlik həyatına təsir edən real dəyişiklikdir. İşə gecikməmək, uşaq bağçasına vaxtında çatmaq və ya tıxacda əsəb keçirməmək artıq avtobusun üstünlüyünə çevrilir. Bütün bu faktlar ictimai nəqliyyatın avtobus seqmentindəki cəlbediciliyini artırır”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












