Bakıda avtobuslarda gediş haqqı 1 manat olacaq?

Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı məsələ gündəmin əsas mövzularından birinə çevrilib. Son həftələrdə həm sərnişinlər, həm də ekspertlər arasında bu barədə müzakirələr getdikcə güclənir.
Avtosfer.az xəbər verir ki, hazırda paytaxtda metroda gedişhaqqı 50 qəpik, avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.
Lakin nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması səbəbindən yeni tariflərin müəyyənləşdirilməsi ehtimalı daha real görünür. Paytaxt sakinlərinin əksəriyyəti sosial şəbəkələrdə məsələyə narazılıqla yanaşır.
Onlar hesab edirlər ki, gedişhaqqı artırılmazdan əvvəl ictimai nəqliyyatın xidmət keyfiyyəti yaxşılaşdırılmalıdır.
Sərnişinlər xüsusilə avtobusların köhnəlməsi, sıxlıq və dayanacaqlarda intizamsızlıqdan şikayətlənirlər. Sosial şəbəkələrdə yazılan şərhlərdən birində qeyd olunur:
“Hər gün avtobusda sıxlıqdan nəfəs almaq mümkün olmur. Gedişhaqqını qaldırmaq çıxış yolu deyil, əvvəlcə şərait düzəldilməlidir”.
Aidiyyəti qurumlardan bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin ekspertlər ehtimal edirlər ki, payız aylarında yeni tariflərin müzakirəsi gündəmə gətirilə bilər.
Nəqliyyat üzrə ekspert Azər Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, tarif dəyişikliyi qaçılmaz ola bilər:
“İctimai nəqliyyatda sərnişin daşınmasının maya dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı əsasən yanacaq, ehtiyat hissələri və işçi qüvvəsi xərclərinin bahalaşması şərtləndirir.
Lakin nəzərə almaq lazımdır ki, qiymət artımı insanların sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, sərnişinlər üçün əlavə yük olacaq”.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












