Bakıda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər - SİYAHI - FOTO - YENİLƏNİB

Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 15 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə QRTİ məlumat yayıb.
Bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Qeyd edilib ki, eyni zamanda valideynlər Bərdə və Şuşa "ASAN xidmət" mərkəzində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.azelektron portalında şəxsi kabinetlərindəki "Əlaqə" bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.
Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Qarabağ Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-4" nömrəli telefonuna zəng etmək mümkündür.
***11:18
2026-2027-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Avtosfer.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.
"www.mektebeqebul.edu.az" sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.
Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Suraxanı rayonu üzrə 279, 280, 114, Qaradağ rayonu üzrə 321, 273, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 74, 130, 108, 170, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 18, 336, Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 257, 165, 261, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.
Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qeydiyyatı prosesinə 1 may saat 11:00-dan etibarən start verilib.
Bakının bu ərazilərindəki evlər söküləcək - SƏBƏBİ AÇIQLANDI
Pensiyaçılar bu vergilərdən azaddır - Çoxları bilmir
Kür çayı daşdı - Bu ərazilər su altında qaldı - FOTOLAR
Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?
Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR? - ARAŞDIRMA
Paytaxtda bu binaların təmirinə başlanır – Ayrılan vəsait...
İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub - FOTOFAKT
Qanunsuz evlər artır - “Ucuz torpaq” tələsi - VİDEO











