Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...

Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddət ərzində metro hərəkətində məhdudiyyətlərin tətbiqi gözlənilir.
Hazırda Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşir və qatarlar bu sahədən sonra eyni istiqamətdə hərəkəti davam etdirir. Layihənin əsas məqsədlərindən biri isə gələcəkdə xətlərin müstəqil fəaliyyət göstərməsinə imkan yaratmaqdır.
Bu dəyişikliklərin xüsusilə “Nizami”, “28 May”, “Sahil”, “İçərişəhər” və digər mərkəzi ərazilərdə yerləşən ofislərdə çalışan əməkdaşların gündəlik gediş-gəlişinə təsir göstərə biləcəyi ehtimal olunur.
Nəqliyyat yükünün artması və işə gedib-gəlmə müddətinin uzanması fonunda bəzi şirkətlərin əməkdaşlar üçün hibrid iş modelinə keçidi nəzərdən keçirə biləcəyi gözlənilir.
Belə ki, şirkətlər həftənin müəyyən günlərində əməkdaşların ofisdən, digər günlərində isə məsafədən işləməsinə şərait yarada bilər. Xüsusilə iş prosesinin böyük hissəsi onlayn həyata keçirilə bilən İT, media, maliyyə, konsaltinq və digər sahələrdə bunun daha real variant olduğu bildirilir.
Bununla yanaşı, şirkətlərin işə başlama və işdən çıxma saatlarını dəyişməsi, növbəli və ya çevik iş qrafiki tətbiq etməsi də alternativ variant kimi nəzərdən keçirilə bilər.
Qeyd edək ki, Bakı Metropoliteni Qırmızı və Yaşıl xətlərin mövcud infrastrukturunun plana alınması, GIS xəritələrinin və 3D rəqəmsal modelinin hazırlanması ilə bağlı da 2026-cı ilin aprelində tender elan edib.(Bakıvaxtı.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












