Banner

Bakıda kanalizasiya torpağı yuyub aparıb; evin təməli yox imiş - VİDEO

Sosial 15 Dekabr 2025 13:00 Oxunub 182
Bakıda kanalizasiya torpağı yuyub aparıb; evin təməli yox imiş - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın müxtəlif ərazilərində torpaq relyefi ilə bağlı problemlər vaxtaşırı müşahidə olunur. Bu cür hallar həm piyadalar, həm də ərazidə yaşayan sakinlər üçün təhlükə yaradır və operativ müdaxilə tələb edir.

Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində yerləşən yaşayış binasının həyətində və giriş hissəsində baş verib. Küçədəki evlərdən birinin altından keçən kommunikasiya xətti torpağın çökməsinə səbəb olub. Hadisə nəticəsində asfalt örtüyü və beton səki tamamilə dağılıb, ərazidə dərin çuxurlar əmələ gəlib. Çuxurun içərisinə su yığılıb. Bu vəziyyət yeraltı kommunikasiya xətlərində sızma və ya partlama ehtimalını artırır. Eyni zamanda ərazidə ağacın köklərinin açıqda qalması müşahidə olunur ki, bu da həm ağacın, həm də ətraf torpaq qatının dayanıqlığını zəiflədir.

Yağış suları bu yolları pis günə qoyub – Binəqədi sakinlərini nə gözləyir? – RƏSMİ AÇIQLAMA - VİDEO

Ərazidə kanalizasiya borularının açıq şəkildə görünməsi problemin yalnız səthlə bağlı olmadığını, torpaq altı infrastrukturda ciddi nasazlıq olduğunu göstərir. Kanalizasiya borusunun partlaması fərdi evlə bağlı daha bir detalı da ortaya çıxıb. Videodan da görünür ki, evin təməli ümumiyyətlə yoxmuş. Bu da ev sakinlərinin daha çox təhlükədə olması deməkdir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan  Avtosfer.az-a bildirib ki, qeyd edilən evlər uzun illər əvvəl tikilib. Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir.
Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh