Yağış suları bu yolları pis günə qoyub – Binəqədi sakinlərini nə gözləyir? – RƏSMİ AÇIQLAMA - VİDEO

Paytaxtda illər əvvəl düzgün qurulmayan kanalizasiya xətləri bu gün şəhərin bir çox ərazilərində istər kommunikasiya, istərsə də yol infrastrukturu sahəsində problemlərə gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, oxşar vəziyyət Binəqədi rayonunda yaşanır. Belə ki, rayonun Qacarlar küçəsi Gülüstan döngəsi 13 ünvanında illərdir davam edən kanalizasiya problemi sakinlərin həyatını çətinləşdirir. Vətəndaşların iddiasına görə, 2013-cü ildə su və kanalizasiya xətlərinin çəkilişi aparılandan bəri yolların vəziyyəti normallaşmayıb, əksinə hər keçən il daha da pisləşib.
Çəkilmiş xətlərin tez-tez partlaması, torpağın daimi nəmlənməsi və qazılan yerlərin bərpa olunmaması nəticəsində küçələr dağınıq, çala-çökək və keçilməz hala düşüb. Sakinlər illərdir problemi öz hesablarına xırda təmir işləri aparmaqla aradan qaldırmağa çalışsalar da, bu, yalnız müvəqqəti təsir göstərib. Çünki problem dərindən həll olunmur. Sıradan çıxan və keyfiyyətsiz çəkilmiş xətlər olduğu kimi qalır. Yağışlı günlərdə isə vəziyyət daha da acınacaqlı olur. Yol bataqlığa çevrilir, maşınların və piyadaların hərəkəti faktiki olaraq mümkünsüzləşir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda müvafiq sukanal idarəsi tərəfindən hər hansı təmir və bərpa işləri görülürsə, ərazidə işlər bitdikdən sonra həmin yer əvvəlki vəziyyətinə qaytarılır. Əgər əvvəlki vəziyyətdə asfalt olubsa, həmin əraziyə asfalt döşənir. Burada isə hər hansı asfalt qatı olmadığı üçün təmir işlərindən sonra eyni qaydada yol doldurulub. Xətdə sızma olsa idi, briqada cəlb edilərək təmir işi aparılacaqdı.
Nurcan Babək
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










