Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO

Daşınmaz əmlak bazarında davam edən bahalaşma yaşayış sahələrinin kirayə qiymətlərində vəziyyəti aktuallaşdırır. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə mənzillərin qiyməti orta hesabla 12.2 faiz artıb.
Rieltorların sözlərinə görə, evlərin bahalaşmasının fonunda kirayə qiymətləri də sabit qalmayıb:
"Keçən il 450 manata olan ev indi 700 manatdır".
Avtosfer.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Baku TV-yə bildirdiyinə görə, kirayə bazarındakı artım tempi daşınmaz əmlak qiymətləri ilə düz mütənasibdir. Yəni kirayə qiymətlərinin artımı evlərin, evlərin bahalaşması isə kirayə qiymətlərinin yüksəlməsinə səbəb olur. Bundan başqa, iqtisadi proseslər də kirayə bazarına təsir edir. Vüqar Oruc deyir ki, inflyasiya və əhalinin şəhərə üz tutması qiymətlərə təsirsiz ötüşmür. Müşahidələr göstərir ki, ölkədə yaşayış sahələrinin kirayəsi əksər hallarda müqavilə bağlanmadan, tərəflər arasında şifahi razılaşma əsasında həyata keçirilir. Bu da kirayə qiymətlərindəki artımda subyektiv amillərin rolunu istisna etmir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, kirayə xidməti, qiyməti dövlət tərəfindən tənzimlənən xidmətlərə aid deyil.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












