Bakıda parkinq böhranı: Necə həll olunmalıdır? - AÇIQLAMA

Bakıda parkinq yerlərinin azlığı və yol kənarında dayanma ilə bağlı məhdudiyyətlər şəhər nəqliyyatında tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə taksi sürücüləri sərnişin mindirib-düşürmək üçün ayrılmış yerlərin çatışmazlığından narazılıq edirlər. Nəticədə bəzi hallarda onlar məcbur qalaraq ikinci zolaqda dayanmalı olur və bu da cərimələrlə nəticələnir.
Şəhərdə avtomobil sayının artması, yol infrastrukturunun yüklənməsi və mövcud dayanacaq yerlərinin məhdudluğu bu vəziyyəti daha da çətinləşdirir. Bu kimi problemlər həm sürücülərin gündəlik işini, həm də sərnişinlərin rahatlığını birbaşa təsir edir və ümumi şəhər hərəkətliliyində müəyyən çətinliklər yaradır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda mövcud olan yaşayış və qeyri-yaşayış obyektləri özləri üçün parklanma yeri təşkil etməlidirlər:
.jpg)
“Taksilər üçün son iki il ərzində Bakı şəhərində xeyli sayda minib-düşmə məntəqələri yaradılıb. Parklanma yerləri dövlət balansında olan avtomobil yollarının kənarında təşkil olunur. Yəni başqa yerlərdə dövlət bunu təşkil edə bilməz, yalnız özünə məxsus sahələrdə bu proses həyata keçirilir. Bu gün hətta klinikalar belə özlərinə parklanma yeri təşkil etmir. Təcili tibbi yardım maşınları piyada səkilərində dayanır, bu isə düzgün deyil. Şəhərsalma sahəsində olan bu qüsurlar aradan qaldırılmalıdır.
Məsələn, hər gün Nərimanov rayonunda yaşayan sakinlər şikayət edirlər. Onlar bildirirlər ki, artıq öz məhəllələrinə girib-çıxa bilmirlər. Çünki yaşayış binalarına bitişik klinikalar, müxtəlif təyinatlı obyektlər və klublar tikilir. Həmin obyektlərin işçiləri və ziyarətçiləri avtomobillərini yaşayış məhəllələrində saxlayırlar. Bu da yolverilməzdir. Hər bir obyektin öz parklanma yeri olmalıdır və buna ciddi nəzarət edilməlidir. Belə olduğu halda parklanma problemləri daha da artacaq. Obyektlər binalara bitişik tikilsə də, əgər parklanma yeri yoxdursa, buna niyə icazə verilir sualı ortaya çıxır. Vətəndaşların sərbəst hərəkəti təmin olunmalıdır. Taksilər üçün minib-düşmə məntəqələrinin sayının artırılması isə vəziyyəti daha da yaxşılaşdıra bilər”.
Nurcan Babək
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












