Bakıdakı məişət əşyaları mağazasına fırıldaq; Tavanı bu vəziyyətdə vətəndaşlara satırlar - VİDEO

Son günlər mağazalardan alınan bəzi məişət məhsulları ilə bağlı şikayətlər artmaqdadır.
Avtosfer.az xəbər verir ki, vətəndaşlar alış-veriş zamanı təqdim edilən məhsulun keyfiyyətinə inanır, lakin istifadə etdikdən sonra aldanıldıqlarını görürlər.
Belə hallardan biri də yaxın günlərdə baş verib. Belə ki, vətəndaş aldığı qazan dəsti ilə bağlı xoşagəlməz vəziyyətlə üzləşib. Onun sözlərinə görə, qazanın üst hissəsində qranit tava görünüşü vermək üçün nazik örtük yapışdırılıb. Üstəlik bu material elə yapışdırılıb ki, yalnız istifadədən sonra müəyyənləşdirmək mümkün olur.
Məsələ əlbəttə ki, təkcə qazan, tava deyil, ümumiyyətlə son zamanlarda belə problemlərin sayı artmağa davam edir. Bu cür halların baş verməsi isə istehlakçı hüquqlarının pozulması deməkdir. Qanunvericiliyə görə, hər bir satıcı məhsul haqqında düzgün məlumat verməli, keyfiyyətinə isə zəmanət təmin etməlidir.
Vətəndaşlar isə aidiyyəti qurumlara çağırış edərək, mağazalarda satılan məhsullara nəzarətin gücləndirilməsini və istehlakçıların aldadılmasının qarşısının alınmasını tələb edirlər.
Fidan
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












