Bakının bu ərazilərində işıq olmayacaq

Bu gün paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
"Azərişıq"dan Avtosfer.az-a verilən məlumata görə, iyulun 14-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, eyni zamanda Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Həsən Əliyev 131 ünvanında yerləşən Telefon Rabitə Qovşağında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Nazim Hacıyev, Habil Əliyev, Murad Mirzəyev, Ümid Əkbərov küçələrinin bir hissəsini əhatə edəcək.
Həmçinin Nizami RETSİ-nə daxil olan bir neçə TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Kamran Əfkari, Məşədi Hilal Kazımov, Rafiq Ağayev, Yarış, Kəndçi, Nizami Abdullayev küçələrinin bəzi əraziləri gərginliksiz qalacaq.
Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisindəki 35/6 kV-luq "Sarıqaya" yarımstansiyasından çıxan 6 kV-luq "Novxanı-1" hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq.
"Təmir işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər", - məlumatda qeyd olunur.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










