Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?

Avtomobili bir müddət icarəyə götürən və sonradan geri qaytaran şikayətçi Tural İbrahimov iddia edir ki, nəqliyyat vasitəsi ilə törədilən yol hərəkəti qaydaları pozuntularına görə cərimələr hələ də onun adına rəsmiləşdirilir. Avtosfer.az “Milli.az”a istinadən xəbər verir ki, o, bildirib ki, məsələ ilə bağlı polisə müraciət etsə də, ona cərimələrin dəyişdirilməsi üçün qayda pozuntusunu törədən şəxsin könüllü şəkildə polisə gələrək ərizə yazmasının tələb olunduğu bildirilib. O isə həmin şəxsi tapa bilmədiyini və onu polisə gətirmək səlahiyyətinin olmadığını deyir. İbrahimovun sözlərinə görə, avtomobilin əvvəlki sahibi də nəqliyyat vasitəsini satdığını bildirir və ehtimal olunur ki, alqı-satqı rəsmi qaydada rəsmiləşdirilməyib.
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev isə bildirib ki, mərkəzi informasiya sistemində son etibarnamə sahibi kimi həmin vətəndaş qeydiyyatda olduğundan elektron protokollar onun adına tərtib olunub. O qeyd edib ki, protokolda dəyişiklik edilməsi üçün faktiki sürücü ilə birlikdə aidiyyəti quruma müraciət olunmalı, araşdırmadan sonra isə zəruri dəyişiklik aparıla bilər.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












