Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır.
Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesab olunur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, şəxsi həyatın toxunulmazlığının pozulması dedikdə şəxsin razılığı olmadan onun şəxsi və ya ailə həyatı ilə bağlı məlumatların yayılması, yazışmalarının oxunması və ya izinsiz müşahidə edilməsi nəzərdə tutulur:
"Bu hüququn pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. Belə ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri hesab edilən məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, video və foto materiallarının, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək islah işləri ilə cəzalandırıla bilər", - deyə vəkil bildirib.
Bu cür əməllər birbaşa cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını pozanlar üçün xüsusi cəzalar nəzərdə tutur. Şəxsi və ailə sirri sayılan sənədlərin, video, foto və səs yazılarının qanunsuz toplanılması, yayılması və ya satılması qadağandır.
Qanunu pozan şəxsləri 1000 manatdan 2000 manatadək cərimə gözləyir. Həmçinin məhkəmə tərəfindən 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək islah işləri cəzası verilə bilər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












