Beş yüz manatlıq əsginas niyə yoxa çıxıb? – Mərkəzi Bank səbəbi açıqladı

Mərkəzi Bank 500 manat nominallı xatirə pul nişanına niyə az rast gəlinməsinə aydınlıq gətirib.
Avtosfer.az-ın məlumatına görə, qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pul nişanı 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb.
Mərkəzi Bank qeyd edib ki, 500 manat nominallı xatirə pul nişanı ümumilikdə 1 milyon ədəd olmaqla, məhdud sayda istehsal edilərək tədavülə buraxılıb.
"Bu pul nişanı öz nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsi hesab olunur. Mərkəzi Bank tərəfindən məhdud sayda istehsal edilərək tədavülə buraxıldığı üçün sözügedən pul nişanına dövriyyədə digər nominallarla müqayisədə daha az rast gəlinir”.
Tədavüldə olan pul nişanlarının həcmi ilə bağlı məlumatları Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilən “Milli pul nişanları” bölməsindən əldə etmək mümkündür.

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












