Bir sıra rayonlarda işıq olmayacaq

Bu gün ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan Avtosfer.az-a verilən məlumata görə, iyulun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Məhəmməd Naxçıvani, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Zivər bəy Əhmədbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Pəhlivan Fərzəliyev, 4, 6 və 8-ci köndələn küçələrinin bəzi yerlərini əhatə edəcək.
Paytaxtla yanaşı 8-10 iyul tarixlərində Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/6 kV-luq "Karxana-601" yarımstansiyasında 16 mVA gücündə transformator yeni 40 mVA gücündə transformatorla əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, 20 Yanvar, Mirzə Ələkbər Sabir və Təbriz küçələrinin bəzi ərazilərində enerjinin verilişində qısa müddətli fasilə olacaq.
Biləsuvar EŞ-nin ərazisində 110/35/10/6 kV-luq "Səmədabad" yarımstansiyasından çıxan 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri görüləcək. Beləliklə, saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.
Həmçinin Cəlilabad EŞ-nin ərazisində yerləşən 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










