Bu ərazilərdə işıq kəsiləcək

Bu gün Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək.
“Azərişıq”dan Avtosfer.az-a bildirilib ki, bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid Əzim Şirvani, Ağamalıoğlu, Nadir Hüseynov küçələri, Yeni sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Şaiq, Əli bəy Hüseyzadə, Balababa Məcidov, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Həmçinin Nizami RETSİ ərazisindəki TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Cəmşid Naxçivanski və Bəhruz Nuriyev küçələri gərginliksiz qalacaq. Suraxanı RETSİ-nə daxil olan Əmircan qəsəbəsində isə TM-də təmir işləri icra olunarkən Elxan Həsənov, Şəfəq ve Neftçi küçələrində enerjinin verilişində fasilə olacaq.
Biləcəri ETSİ ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasında 2-ci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmmədoğulları, Xudadat bəy Məlik-Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində enerjinin verilişi dayandırılacaq.
Paytaxtla yanaşı, Abşeron rayon ərazisində də iyulun 10-da fasilələr yaranacaq. Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsi qurulur. Yenidənqurma işləri aparılarkən 400 kVA gücündə Komplekt Transformator Məntəqəsini (KTM) qidalandıran elektrik xətti açılacağı üçün Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində saat 10:00-dan 16:00-dək gərginlik olmayacaq.
İyulun 10-da Yardımlı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Aruz” yarımstansiyasından çıxan 35 kV-luq “Yardımlı-3” hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 12:30-dan 14:30-dək kimi şəhər ərazisi, eləcə də Bozayran, Çayüzü, Köryədi, Kürəkçi, Ostayır, Peştəsər, Şəfəqli, Vəlixanlı, Vərgədüz kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.
Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












