Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Avtosfer.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün ölkənin bir sıra rayonlarında elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq.
Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 6 kV-luq hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar saat 10:00-dan 14:00-dək Qaradağlı, Təzəkənd və Kəngərli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Ağdaş EŞ-yə daxil olan 10 kV-luq “Şıxlı” hava xəttində və 110/35/10 kV-luq “Ləki Dartı” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək və saat 10:30-dan 12:30-dək Ərəş küçəsi, Aşağı Zeynəddin, Yeniarx, Mürsəl, Şıxlı, Qarasuqumlaq, Orta Ləki, Yuxarı Ləki, Hapıtlı, Ovçulu, Güvəkənd, Əmirarx, Cardam, Nehrəxəlil, Kotanarx, Tofiqi, Şəmsabad, Əmirmahmud kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.
Bərdədə 35 kV-luq “Qaraməmmədli” hava xəttində təmir və yeni dayağın əkilməsi ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək Seyid Yusifli, Hacallı, Mehdixanlı, Qayalı, Cicimli kəndlərini də əhatə edəcək.
Yevlax EŞ-nin xidməti ərazisində yerləşən 10 kV-luq hava xəttində təmir işləri ilə əlaqədar 10:00-dan 16:00-dək Qaramanlı, Hacımahmudlu, Nəmirli, Göyük, Nurallar kəndlərinin bir hissəsində fasilə olacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












