Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Paytaxtda və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov, Nazim Hikmət küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
“Abşeron RETSİ-nə daxil olan Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Dəhnə” hava xəttində təmir işləri icra olunacaq. Planlı fasilə saat 11:00-dan 12:30-dək rayonun Aşağı Ağcayazı, Dəhnə, Yuxarı Ağcayazı kəndləri, Türyançay qəsəbəsi, şəhər ərazisində isə Yeni Məşəd küçəsi, 47-ci məhəlləni əhatə edəcək.
Yevlax EŞ-yə daxil olan Aran qəsəbəsi və Salahlı kəndində saat 09:00-dan 13:00-dək, Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərinin bir sıra hissələrində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq. Müvəqqəti məhdudiyyətin yaranmasına səbəb rayon ərazisində 6 və 10 kV-luq elektrik xətlərində təmir işlərinin aparılmasıdır.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












