Bu gündən əsgərlər ehtiyata BURAXILIR

Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyevin sentyabrın 2-də imzaladığı Sərəncama əsasən, çağırış oktyabrın 30-dək davam edəcək.
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış günü də daxil olmaqla 18 yaşı tamam olmuş, həmçinin 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılırlar.
Çağırış Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşları əhatə edir.
Sərəncama uyğun olaraq, qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












