Bu ilin 10 ayında benzin, dizel və maye qazların istehsalı artdı

2025-ci ilin yanvar-oktyabr aylarında neft məhsulları üzrə ümumi istehsalın dəyəri 4 milyard 562.7 milyon manat təşkil edib və bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.9 faiz artım deməkdir.
Avtosfer.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövrü ərzində mazut istehsalı 2.1 dəfə, neft koksunun istehsalı 10.1 faiz, qazoylların (dizel yanacağının) istehsalı 7.2 faiz, ağ neft istehsalı isə 4.9 faiz yüksəlib. Bununla yanaşı, neft bitumu istehsalı 9.8 faiz, sürtkü yağlarının istehsalı isə 45.6 faiz azalıb.
Yanvar-oktyabr aylarında 1 milyon 225.2 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım deməkdir. Ağ neft istehsalı 582 min ton olub və artım 4.9 faiz səviyyəsində qeydə alınıb. Qazoyl istehsalı 2 milyon 109.3 min ton təşkil edib. Mazut istehsalı 57.6 min ton olub. Sürtkü yağlarının istehsalı isə 30.6 min ton olub ki, bu, əvvəlki ilin göstəricisinin cəmi 54.4 faizini təşkil edib.
Maye qazların istehsalı 190 min ton olub və əvvəlki dövrə nisbətən 14.3 faiz artıb. Neft koksu, neft bitumu və digər qalıq məhsulların ümumi istehsalı 634.7 min ton təşkil edib və bu göstərici ötən ilin cəmi 66.9 faizi qədərdir. Bu kateqoriyada ayrıca neft bitumunun istehsalı 213.7 min ton, neft koksunun istehsalı isə 191.3 min ton olub.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












