Bu şəxslər hərbi xidmətdən azaddır - QANUN

Azərbaycan Respublikasında vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması konkret tibbi meyarlar və hüquqi çərçivə ilə tənzimlənir.
Avtosfer.az xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna və "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən, hərbi xidmətə yararsızlıq Hərbi-Həkim Komissiyasının (HHK) tibbi rəyi ilə dinc dövrdə yararsız (ehtiyata keçirilən) və ya həm dinc, həm də müharibə dövründə tam yararsız (uçotdan çıxarılan) olaraq təsdiqlənir.
Yararsızlıq qərarı əsasən şizofreniya, ağır depressiya, əqli gerilik və epilepsiya kimi psixi xəstəliklər; II-III dərəcəli hipertoniya, ürək, böyrək və ağciyər çatışmazlığı, bronxial astma, qaraciyər sirrozu kimi daxili xəstəliklər; III-IV dərəcəli skolioz, ağır yastıpəncəlik və ətrafların amputasiyası kimi sümük-əzələ zədələnmələri; bədxassəli şişlər, hemofiliya, leykoz, İİV və aktiv vərəm kimi ağır patronaj tələb edən hallar; həmçinin kar-lallıq və ağır görmə qüsurları zamanı verilir.
Proses çağırışçının ilkin komissiya müayinəsindən keçməsi, ehtiyac olduqda təyin olunmuş dövlət xəstəxanasında stasionar müayinə olunaraq rəsmi tibbi akt alması və həmin akt əsasında Mərkəzi Hərbi-Həkim Komissiyasının yekun qərarı təsdiqləməsi ilə yekunlaşır./bakupost
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












