Bu şəxslər universitetdə pulsuz oxuyacaq

Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alan və əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni güzəşt təklif olunur. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilən məsələyə əsasən həmin şəxslərin ali təhsil müəssisələrindəki təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, təklif Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində yer alıb. Qaydalara görə əlavə təhsil istisna olmaqla bütün ödənişli təhsil formaları bu güzəştə daxil edilə bilər. Bu təşəbbüs hərbi xidmət zamanı sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsini gücləndirmək və onların təhsilə əlçatanlığını təmin etmək məqsədi daşıyır. Hazırda layihə müzakirə mərhələsindədir və rəsmi təsdiqindən sonra icrasına başlanılması gözlənilir. Bu addım həm də qazilərin cəmiyyətə inteqrasiyası və peşə bacarıqlarının artırılması üçün mühüm fürsət hesab olunur.//Demokrat.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












