Bu şəxslərin maaşları artacaq - ŞAD XƏBƏR!

"Sektorlar üzrə minimal əməkhaqqının tətbiqi bəzi şəxslərin maaşlarında artıma səbəb olacaq". Avtosfer.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi təklifini şərh edərkən deyib.
O bildirib ki, sözügedən məsələnin tətbiqi ilə bağlı təklif sektorlar arasındakı maaş fərqləri ilə əlaqədardır:
"Ölkə üzrə ortaaylıq əməkhaqqı 1 100 manatdır. Lakin bəzi müəssisələrdə ortaaylıq maaş bu rəqəmdən üç-dörd dəfə çoxdur. Fərqlər çox olduğuna görə sektorlar üzrə minimal əməkhaqqının müəyyənləşdirilməsinə ehtiyac var. Minimum əməkhaqqı ilə ortaaylıq maaş arasında ciddi fərq mövcuddur. Həmin sektorda ortaaylıq maaş kifayət qədər yüksəkdirsə, oradakı minimum əməkhaqqının da dəyişdirilməsinə ehtiyac yaranır. Lakin əgər ortaaylıq maaş respublika üzrə ortaaylıq əməkhaqqına bərabərdirsə və ya ona yaxındırsa, o zaman minimal orta maaş tətbiq olunmalıdır. Bunun faydası ondan ibarətdir ki, yüksək maaş ödənilən müəssisələrdə aşağı əməkhaqqı alanların gəlirlərində artım baş verəcək. Sözügedən məsələ maaş diskriminasiyasının aradan qalxmasına səbəb olacaq".
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu - VİDEO
Deputat vurğulayıb ki, bəzi qurumlarda eyni vəzifə üzrə çalışan şəxslərin maaşları bir-birindən fərqlənir:
"Bu çərçivədə Vahid Tarif Cədvəlinin yenidən təsdiqi dövlət sektorunda maaşların optimallaşdırılmasına gətirib çıxaracaq, eyni zamanda, oxşar vəzifələr arasında mövcud olan maaş uçurumunu aradan qaldıracaq".
İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bu addımın doğru olmadığını deyib. O vurğulayıb ki, saathesabı əməkhaqqının tətbiqi daha faydalıdır:
"Sektorlar üzrə maaşların tətbiqi praktik olaraq əhəmiyyətsizdir və ciddi təsiri olmayacaq. Bu, bazara lazımsız müdaxiləyə gətirib çıxaracaq. Onsuz da, elə sektorlar var ki, orada minimal ortaaylıq əməkhaqqı daha yüksəkdir. Bazarda əməkhaqqını iqtisadiyyat, əmək bazarı, iş yerləri və kadrlara olan tələbat tənzimləyir. Digər dəyişikliklər isə absurddur və mən bunun qəti əleyhinəyəm. Hazırda Vahid Tarif Cədvəli təkmilləşdirilir və buna ehtiyac olduğu üçün baxılır. Yeni cədvəl mövcud reallıqları əks etdirəcək".
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












