ChatGPT məktəblərdə sınaqdan keçiriləcək - Təhsil sistemində yeni dövr

“Azərbaycanın “OpenAI” şirkəti ilə imzaladığı razılaşma ölkəni bu təşəbbüsə qoşulan azsaylı dövlətlərin sırasına daxil edir. Qeyd etmək istərdim ki, regionumuzda bu cür razılaşma ilk dəfə əldə olunur və “OpenAI” şirkəti ilə birlikdə bu məhsulun hazırlanması nəzərdə tutulur”.
Avtosfer.az “Azərbaycan müəllimi” qəzetinə istinadla xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə məhsul hazırlandıqdan sonra pilot qaydada tətbiq ediləcək və nəticələr müsbət olduğu halda daha geniş auditoriyaya təqdim olunacaq:
“Pilot layihə çərçivəsində düşünürük ki, “Rəqəmsal məktəb” layihəsinə ilk qoşulmuş Bakı şəhəri məktəblərində bunu tətbiq edək, nəticələri öyrənək və əldə olunan nəticələrdən asılı olaraq bu texnologiyanın digər məktəblərdə də tətbiqini genişləndirək.
Bildiyiniz kimi, süni intellekt texnologiyası yeni texnologiyadır və onun təhsil sistemində istifadəsi bir sıra ölkələr tərəfindən sınaqdan keçirilir. Bu cür razılaşmanın əldə olunması onu göstərir ki, Azərbaycan təhsil sistemi süni intellekt texnologiyalarının tətbiqinə açıq yanaşır və ümid edirik ki, bunun tətbiqi ilə həm şagirdlər, həm də müəllimlər üçün yeni dəstək mexanizmləri istifadəyə veriləcək”.
V.Xanlarov qeyd edib ki, “OpenAI” şirkəti “ChatGPT” modelinin və əlaqəli həllərin yaradıcısıdır. Şirkətin “Təhsil üçün ChatGPT” təşəbbüsü mövcuddur və bu təşəbbüs artıq bir neçə ölkə ilə həyata keçirilir.
Bu ölkələr sırasında Estoniya, Sinqapur, Azərbaycan, İtaliyanın müəyyən təhsil sistemləri və az sayda digər ölkələr də yer alır:
“Azərbaycan bu təşəbbüsə qoşulmaqla süni intellektin təhsil sahəsində tətbiqini araşdıran və pilot qaydada həyata keçirməyə hazır olan ilk ölkələrdən biri oldu”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












