ChatGPT-yə belə suallar versəniz gəlib sizi "aparacaqlar"

OpenAI şirkəti süni intellekt istifadəçiləri arasında ekstremizmə meyilləri erkən mərhələdə aşkar edən yeni sistem hazırlayır. Reuters agentliyinin yaydığı məlumata görə, texnologiya riskli şəxsləri xüsusi "deradikallaşdırma" çat-botlarına yönləndirmək məqsədi daşıyır. Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, layihə süni intellekt sahəsində təhlükəsizlik qaydalarının sərtləşdirilməsi və hüquqi təzyiqlərin artması fonunda gündəmə gəlib. Prosesin texniki tərəfini Yeni Zelandiyanın "ThroughLine" startapı icra edir. Bu təşəbbüsdə OpenAI ilə yanaşı Anthropic və Google kimi nəhəng şirkətlər də iştirak edir.
"ThroughLine" sistemi hazırda istifadəçi sorğularında özünə zərər vermə, məişət zorakılığı və ya qidalanma pozuntuları kimi siqnallar aşkar etdikdə onları müvafiq dəstək xidmətlərinə yönləndirir. Yeni mərhələdə sistemin imkanları daha da genişləndiriləcək. Beləliklə, süni intellekt zorakı ekstremizm hallarının qarşısını əvvəlcədən almağa çalışacaq.
Sözügedən texnologiyanın tətbiqi rəqəmsal platformalarda təhlükəsizlik tədbirlərinin yeni səviyyəyə qalxması kimi qiymətləndirilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












