"Dərnəgül stansiyası nəqliyyat yükünü azaldacaq" - ŞƏRH

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu dayanacağın üstünlüyü sərnişin axınının parçalanmasına xidmət etməsi olacaq:
“Həmçinin, bu vaxta qədər Xırdalandan, Sumqayıtdan gələn tələbələr məcburi "28 May" stansiyasına gedərək, oradan səfərlərini təşkil edirdilərsə, indiki vəziyyətdə "Dərnəgül" üzərindən də səfərlərini təşkil edə biləcəklər. Bu, həm "28 May”ın yükünü azaldacaq, həm də sərnişin axınının fərqli istiqamətdə parçalanmasına və şəhər nəqliyyatının yükünün azalmasına gətirib çıxaracaq”.
Ekspert qeyd edib ki, bu, xətlərin ayrılması prosesinə də müsbət töhfə verəcək:
“İnsanlar bu yolla artıq "28 May" stansiyasına gəlmədən də, "Dərnəgül"dən digər istiqamətlərə gedə biləcəklər. Bu növ dayanacaqların sayının artırılması vacibdir. Bakı Şəhərinin Baş planında da Heydər Əliyev prospektinə yaxın ərazidə dayanacağın yaradılması, eyni zamanda, Nərimanov rayonunun keçmişdə "Montin" adlanan ərazidə stansiyanın bərpası, "Şəfa" stadionun yaxınlığında dayanacağın yaradılması nəzərdə tutulur.
Düşünürəm ki, gələcək üçün Xırdalandan üzü Koroğlu, Hövsana birbaşa xəttlərin açılması üçün tikintilər nəzərdə tutulmalıdır. Çünki indiki zamanda "28 May"da düşüb növbəti qatarla getmək imkan var, bu da bir az narahatdır. Amma birbaşa olarsa, bu, gələcəkdə polisentrik şəhər konsepsiyasına uyğun olaraq sərnişin axınını tənzimləyər”.
Nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov qeyd edib ki, dəmir yolu stansiyalarının açılması Bakı şəhərinin Baş planına əsasən həyata keçirilir:
“Həmin plana əsasən, dayanacaqların harada açılması, dayanacaqların harada olması nəzərdə tutulur. Dərnəgüldə həm metro, həm də dəmir yolu stansiyası ola bilər. Yəni stansiyanın açılması oraya gələn sərnişinlərin sıxlığına görə müəyyən olunur. Ümumiyyətlə, dayanacaqlar və stansiyalar sərnişin axınına və məsafələrə uyğun olaraq açılır. Bundan sonra hansı stansiyaların açılacağını proqnozlaşdırmaq çətindir”.
“Belə stansiyaların açılması həmin ərazidə olan sərnişinlərə kömək göstərəcək. Amma ümumi nəqliyyat axınına təsir göstərmək üçün kompleks işləmək, nəqliyyat axınının sıxlığını, göstəricilərini illər, aylar, həftələr üzrə müəyyən etmək lazımdır. Bundan sonra əgər sərnişin axını həmin istiqamətdə çoxdursa, müəyyən yerə çevirmək olar. Yəni ümumi sıxlığın aradan qaldırılması üçün dəmir yolu, metro və avtobus bir-biri ilə koordinasiya olunmuş şəkildə işləməlidir. Belə olan halda daha çox effekt əldə olunar”, - o qeyd edib.(trend)
Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA
Azərbaycanda “Son zəng” tədbirləri üçün TƏLƏBLƏR QOYULDU
Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA
Bakıda bu marşrut nağdsız ödənişə keçir - Gediş haqqı 70 qəpik olur
Məktəblərdə 300-dən çox şagirdə bir psixoloq kifayət etmir - AÇIQLAMA
Qısamüddətli kurslar və ali təhsil: Əmək bazarında hansı daha üstündür? – Ekspertdən AÇIQLAMA
Magistral yollarda görmə məhdudlaşacaq - 500-1000 metrədək
Avtobus və metronun yükü belə azaldılacaq - Sərnişinlərə şad xəbər
Bakıda iyunun sonuna kimi avtobuslar bu şəxslərə pulsuz olacaq
Yas mərasimlərində yemək verilməsinə məhdudiyyət qoyulacaq?
Bu evləri nə satmaq olur, nə də içində yaşamaq - AÇIQLAMA










