"Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb" - FOTOLAR

"Ziya Bünyadov prospekti 152 saylı dayanacaqdan 2, 7A, 7B, 9, 27, 93 və 211 nömrəli marşrut avtobuslarının keçməsi səbəbindən, xüsusilə 7 saylı "ASAN xidmət" istiqamətində və əksinə çox intensiv piyada axını müşahidə olunur. Mövcud vəziyyətdə səki boyunca yerləşən hasar və digər maneələr piyadaların hərəkətini xeyli çətinləşdirir və təhlükəsizlik baxımından arzuolunmaz şərait yaradır". Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edib.
Ekspert bildirib ki, səkinin genişləndirilməsi və maneələrin aradan qaldırılması ilə bağlı müraciətindən təxminən 9 ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb:
"Düşünürəm ki, bu istiqamətdə daha səmərəli koordinasiya problemin qısa müddətdə aradan qaldırılmasına yardımçı ola bilər.

Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il, 456 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər Dövlət Proqramı"nın Tədbirlər Planının 8.1.6.7-ci bəndinə əsasən:
Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi, səkilərin normativ tələblərə uyğun vəziyyətə gətirilməsi, mövcud səki zolaqlarında zəbt hallarının aradan qaldırılması Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyət dairəsinə daxildir.
Bu baxımdan, qeyd olunan ərazi üzrə səkilərin normativ uyğunluğunun təmin olunması, maneələrin aradan qaldırılması və piyadaların təhlükəsiz hərəkətinin təşkil edilməsi ilə bağlı mövcud məsələyə baxılmasını və imkan daxilində operativ şəkildə həll edilməsini rica edirəm", - ekspert bildirib.




İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












