Əhaliyə taksilərlə bağlı pis xəbər – Bu, quraşdırılmayacaq

Taksilərlə bağlı müəyyən problemlər hələ də aktuallığını qoruyur. Məsələn, kartla ödəniş etmək istəyən sərnişinlər əksər hallarda sürücülərin imtinası ilə üzləşir, ödəniş yalnız nağd formada qəbul olunur. Üstəlik, aparılan ödənişlərə görə kassa çeki təqdim edilmir. Bu hal isə vergi qanunvericiliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.
Prosesi necə tənzimləmək olar?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, bu məsələdə problem nə sərnişinlərdə, nə də taksi sürücülərindədir:
“Əsas problem taksi operatorları və şirkətləri ilə bağlıdır. Belə ki, qeyri-nağd ödənişlər sürücülərə çox gec köçürülür və bu cür sifarişlər onlar üçün sərfəli olmur. Nəticədə sürücülər sifarişdən imtina edirlər. Düzdür, onlar taksi operatorlarına qoşularkən qeyri-nağd ödənişli sifarişləri qəbul etməyə razılıq verirlər. Lakin bu qaydaları əksər hallarda elə taksi şirkətləri pozur”.
Ekspert bildirib ki, problemin həllinə sürücülərdən deyil, məhz şirkətlərdən başlamaq lazımdır:
“Sürücülərin vergidən yayınması ilə bağlı iddialar da əsassızdır. Həm taksi şirkətləri, həm də sürücülər mövcud qanunvericiliyə uyğun olaraq vergi ödəyirlər. Çek verilməməsi məsələsinə gəldikdə, bu cür nəqliyyat vasitələrində kassa aparatının quraşdırılması nəzərdə tutulmur. Necə ki, ictimai nəqliyyatda, o cümlədən avtobuslarda da sərnişinlərə çek təqdim edilmir. Problemin effektiv həlli üçün taksi şirkətləri ilə dialoq aparılmalı, uyğun mexanizmlər formalaşdırılmalıdır. Alternativ olaraq, qanunvericilikdə elə tələblər müəyyən edilməlidir ki, qeyri-nağd ödənişlər sürücülərə vaxtında və gecikmədən ödənsin”.
Qeyd edək ki, dünyada təqribən 10-dan çox ölkədə taksidə nağd ödəniş zamanı rəsmi fiskal/qəbz (çek) verilməsi qanunla tələb olunur. Məsələn, Ermənistan, Malta, Vyetnam, Slovakiya, Polşa və digər Avropa ölkələri bu sırada yer alır.
Azərbaycanda isə Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri…” adlı qaydalara əsasən hüquqi şəxslərin və fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdikləri taksilərdə nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Bu tələb 2024-cü il 1 iyuldan qüvvəyə minib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












