Ən çox hansı saatlarda taksi çağırılır? – Cavab təəccübləndirəcək

Böyük şəhərlərdə gündən-günə artan nəqliyyat sıxlığı fonunda taksi xidmətlərinə maraq yüksəlir. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, insanların işə gedib-gəlməsi, hava şəraiti, istirahət günləri, şəhərdə maşın sürməyin çətinliyi və gecə həyatı taksi sifarişlərinin sayına birbaşa təsir göstərir.
Bəs günün ən çox hansı saatlarında taksi çağırılır?
Araşdırmalar göstərir ki, müəyyən vaxt aralıqlarında sifariş sayı kəskin artır və bu saatlar həm sərnişinlər, həm də sürücülər üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda, xüsusilə Bakı və digər böyük şəhərlərdə pik saatlar əsasən bunlardır:
Səhər: 07:00 – 10:00 İşə, məktəbə və universitetə gedənlərin sayı artır.
Axşam: 17:00 – 20:00 İnsanlar işdən çıxır, tıxac artır və taksiyə tələbat yüksəlir.
Maraqlıdır ki, gecə: 22:00 – 01:00 arası da sifarişlər çox olur. Bu, xüsusilə əyləncəni, gecə həyatını sevənlərin sifarişləri olur.
Bundan başqa, həftəsonları restoran, toy, tədbir və əyləncə məkanlarından qayıdanda, yağışlı günlərdə də sifarişlər kəskin artır.
Ən çox sifariş verilən günlər:
Cümə axşamı (axşam saatlarında),
Cümə, Şənbə gecəsi. Saat 22:00-dan 05:00-dək şəhər sakinləri və qonaqları taksidən aktiv istifadə edirlər.
Araşdırmalarda qeyd edilir ki, taksi gecə şəhərdə səyahət etməyin ən populyar yolu olaraq qalır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ










