Ət qiyməti ilə bağlı ŞAD XƏBƏR

Məlum olduğu kimi dabaq xəstəliyi ilə əlaqədar 2025-ci ilin oktyabr ayının 25-də ölkə ərazisindəki mal bazarları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qapadılmışdı.
Xəstəliyin aradan qalxması səbəbilə regionlardakı əksər mal bazarları yeni tələblər səviyyəsində yenidən qurulduqdan sonra AQTA-nın qərarı ilə fəaliyyətlərini bərpa edib.
Nəzərə alaq ki, mal bazarları iri şəhərlərin əsas təchizatçısıdır. Bu da o deməkdir ki, bu bazarların yenidən fəaliyyətə başlaması təklifin artmasına gətirib çıxaracaq.
Bəs bu ətin qiymətinin aşağı düşməsinə səbəb olacaqmı?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, mal bazarlarının açılması bazarda təklifin artmasına və alqı-satqının canlanmasına səbəb ola bilər:
“Bu isə nəzəri olaraq qiymətlər üzərində müəyyən yumşaldıcı təsir yarada bilər. Lakin qısa müddətdə qiymətlərin ciddi şəkildə ucuzlaşması gözlənilmir. Çünki ət və mal-qara qiymətləri təkcə bazarın açıq və ya bağlı olmasından asılı deyil.
Yem xərcləri, daşınma, baytarlıq xidmətləri, idxal xərcləri və mövsümi amillər qiymətlərin formalaşmasında əsas rol oynayır. Mal bazarlarının fəaliyyəti daha çox qiymət artımının qarşısını almaq və bazarda süni qıtlıq riskini azaltmaq baxımından əhəmiyyətlidir.
Satıcı ilə alıcı arasında birbaşa əlaqənin bərpa olunması spekulyativ qiymətləri müəyyən qədər məhdudlaşdıra bilər. Nəticə etibarilə, mal bazarlarının açılması qiymətlərin kəskin düşməsinə yox, daha çox stabilləşməsinə təsir göstərə bilər. Əgər əlavə olaraq yem bazarında ucuzlaşma və idxalın artması baş verərsə, yalnız bu halda qiymətlərdə real eniş mümkün ola bilər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












