Ətin qiyməti 39 manata QALXDI

"Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən hazırda həm iri, həm də xırdabuynuzlu heyvanların ətinin bahalaşma ilə üz-üzəyik". Avtosfer.az xəbər verir ki, bunu "Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O, paytaxtda bəzi ət növlərinin kiloqramının 39 manata satılmasının bir neçə amillə bağlı olduğunu söyləyib:
"Can əti spesifik məhsuldur və daha çox restoranlarda, eləcə də yüksək səviyyəli tədbirlərdə istifadə olunur. Təkcə Azərbaycanda deyil, ət istehlakının yüksək olduğu ölkələrdə, o cümlədən qardaş Türkiyədə, Orta Asiya və ərəb ölkələrində də can ətinin xüsusi bazarı formalaşıb. Bu ətin qiyməti adi mal əti ilə müqayisədə təxminən 30-35 faiz daha yüksək olur. Bunun əsas səbəbi can ətinin yumşaqlığı və ondan steyk kimi premium yeməklərin hazırlanmasının mümkün olmasıdır. Son 5 ildə bu istiqamətdə qiymətlər orta hesabla 60-65 faiz artıb. Əvvəllər 20-22 manata satılan can əti hazırda 34-35 manata, bəzi hallarda isə 39 manata qədər təklif olunur".
V.Oruc vurğulayıb ki, can ətinin müştəri bazası geniş olmasa da, bu məhsula tələbat əsasən restoran şəbəkələri və yüksək səviyyəli tədbirlər hesabına formalaşır:
"Həmçinin iri buynuzlu heyvanlarda can ətinin məhdud həcmdə olması da onun qiymətini artıran əsas səbəblərdəndir. Bu qiymətə ət alanlar varmı? Bəli, var. Xüsusilə restoran sektorunda, dövlət və özəl qurumların təşkil etdiyi tədbirlərdə bu növ ətə ciddi tələbat müşahidə edilir. Məhz həmin ətin keyfiyyəti və müxtəlif yeməklərin daha yüksək səviyyədə hazırlanmasına imkan verməsi onun baha satılmasına şərait yaradır. Digər mühüm məsələ isə Azərbaycanda mövcud iri və xırdabuynuzlu heyvan ehtiyatlarının daxili tələbatı tam ödəməməsidir. Bu səbəbdən müəyyən həcmdə ət idxal olunur və xaricdən gətirilən məhsulların üzərinə daşınma, logistika və digər əlavə xərclər gəlir ki, bu da qiymətlərə təsir edir".
Ekspertin fikrincə, bu problemin aradan qaldırılması üçün yerli istehsalın həcmi artırılmalı, heyvandarlıq sahəsi daha ciddi şəkildə stimullaşdırılmalıdır:
"Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə geniş imkanlar mövcuddur və dövlət proqramlarında da həmin sahələrin inkişafı nəzərdə tutulur. Məqsəd Azərbaycanın ən azı daxili tələbatı ödəyəcək səviyyədə istehsal gücünə çatmasıdır".
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR











