Gecikdirilən təqaüdlər tələbələrə faizlə qaytarılacaq?

Tətildən əvvəl bir çox tələbələrə təqaüdlərin verilməməsi onların arasında ciddi narazılığa səbəb olub. Daha sonra isə tələbələr sosial şəbəkələrdə belə bir təklif irəli sürüblər ki, gecikən təqaüdlər onlara faizlə qaytarılsın.
Maraqlıdır, bu nə dərəcədə realdır? Ümumiyyətlə, ali təhsil müəssisələrinin tələbə təqaüdlərini gecikdirməsi nə dərəcədə doğrudur?
Avtosfer.az xəbər verir ki, "AzEdu.az"a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, əlavə faiz ödənilməsinin tələb olunması məncə haqsızlıq olar və doğru yanaşma sayılmaz:
"Təqaüdlərin gecikməsi ilə bağlı belə bir fikir bildirmək istəyirəm: burada müəyyən səbəblər əlbəttə ki, ola bilər, lakin gecikməyə görə əlavə faizlə geri qaytarılmasını düzgün yanaşma hesab etmirəm. Çünki gecikmənin səbəbləri müxtəlif ola bilər və bu gecikmələr adətən uzun müddətli olmur. Məsələn, bəzən 10 gün, 15 gün, hətta 20 gün gecikmə baş verə bilər. Bu da müxtəlif səbəblərdən qaynaqlanır və davamlı xarakter daşımır, yəni hər zaman baş vermir, yalnız müəyyən dövrlərdə olur. Hesab edirəm ki, bu məsələ anlayışla qarşılanmalıdır".
Dövlət onsuz da bu təqaüdləri ödəyir:
"Bu cür hallarda əlavə faiz ödənilməsinin tələb olunması məncə haqsızlıq olar və doğru yanaşma sayılmaz. Dövlət onsuz da bu təqaüdləri ödəyir. 20 gün tez və ya gec verilməsi dövlət üçün ciddi fərq yaratmır. Sadəcə olaraq, müəyyən maliyyə və ya digər səbəblərdən ödənişlər 10–20 gün gecikə bilər. Bu gecikmələrə görə faiz tələb edilməsi və ya belə təkliflərin irəli sürülməsi mənə məntiqli görünmür. Hətta bu istiqamətdə edilən çağırışların müəyyən dərəcədə əsaslı tərəfləri olsa belə, onların praktik olaraq reallaşması çətin görünür. Nəticə etibarilə, dövlət bu təqaüdləri gec-tez ödəyir və gecikmələrin müəyyən obyektiv səbəbləri ola bilər. Bu səbəbdən belə hallara daha çox anlayışla yanaşılmasının doğru olduğunu düşünürəm".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












