Həbsdə olan şəxsin bank hesabından ailəsi istifadə edə bilərmi? - HÜQUQİ İZAH

Həbs olunan şəxslərin bank hesabları dondurulduqda, yaxud etibarnamə olmadıqda ailə üzvləri çox vaxt ciddi maliyyə çətinliyi ilə üzləşirlər. Xüsusilə ailənin əsas gəlir mənbəyi həmin şəxs olarsa, həyat yoldaşı və övladlarının gündəlik xərcləri, kredit ödənişləri, kommunal borclar və digər maliyyə öhdəliklərinin necə qarşılayacağı sualı yaranır.
Bəs qanunvericilik bu məsələni necə tənzimləyir? Həbs olunmuş şəxsin bank hesabındakı vəsaitdən ailə üzvləri etibarnamə olmadan istifadə edə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Babək Həmidov bildirir ki, etibarnamə olmadan ailə həmin hesablardakı vəsaitlərdən istifadə edə bilməz:
“Barəsində cinayət işi aparılan, yəni təqsirləndirilən, habelə cəzaçəkmə müəssisəsində cəza çəkən şəxsin bank hesabları üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmayıbsa, yəni həmin hesablar üzrə sərəncam verilməyibsə, bank hesablarının idarəçiliyi ilə bağlı istədiyi şəxsə xüsusi etibarnamə verə bilər. Bu zaman orada bankın adı, hesabın nömrəsi və digər fərqləndirici məlumatlar göstərilməklə, hesabdan pul çıxarılması, pul köçürülməsi və digər əməliyyatların aparılması səlahiyyəti başqa şəxsə həvalə oluna bilər”.
Hüquqşünasın sözlərinə görə, bunun üçün səlahiyyətli quruma müraciət edilir:
“Vətəndaş təqsirləndirilən şəxs qismində ibtidai istintaq mərhələsindədirsə, müstəntiqin razılığı ilə notarius təcridxanaya gedir və etibarnamə orada təsdiqlənir. İş məhkəmə icraatındadırsa, hakimin razılığı ilə notariusun təcridxanaya girişi təmin olunur və etibarnamə həmin qaydada təsdiqlənir. Şəxs cəzaçəkmə müəssisəsindədirsə və veriləcək etibarnamə müəssisə rəhbərinin təsdiq edə bildiyi etibarnamələr siyahısına daxildirsə, həmin etibarnamə müəssisə rəhbəri tərəfindən təsdiqlənə bilər. Bu mümkün deyilsə, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin və Penitensiar Xidmətin razılığı ilə notariusun girişinə şərait yaradılır və notariat hərəkətləri şəxsin saxlanıldığı yerdə aparılmaqla etibarnamə rəsmiləşdirilir”.
Etibarnamə alma prosesi nə qədər müddətə tamamlanır? Bu vaxt ərzində ailənin gəlir mənbəyi nəzərə alınaraq hesabdan etibarnaməsiz vəsaitdən istifadə etmək kimi müvəqqəti ixtiyar verilə bilərmi?
B.Həmidov bunun mümkün olmadığını vurğulayır. O qeyd edir ki, belə etibarnamələrin rəsmiləşdirilməsi üçün adətən 7–10 gün kifayət edir:
“Bu barədə icazələr adətən məhkəməyə və ya ibtidai istintaq orqanına müraciət edildikdən sonra qısa müddətdə təqdim olunur. Bu prosesdə, bir qayda olaraq, ciddi problem yaranmır və notariusun iştirakı təmin edilir. Notarius da öz iş qrafikinə uyğun olaraq həmin şəxslə görüşdükdən sonra etibarnaməni təsdiqləyə bilir”.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












