Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür

Beynəlxalq araşdırmalar göstərir ki, hava çirkliliyi qlobal səviyyədə insan sağlamlığı üçün ən böyük təhlükələrdən birinə çevrilib.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, çirkli hava artıq təkcə ətraf mühit problemi deyil, həm də ciddi sağlamlıq riskidir.
Aparılan tədqiqatlara görə, havadakı zərərli hissəciklər hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə bu risk daha yüksək qiymətləndirilir.
Alimlər bildirirlər ki, uzun müddət çirkli havaya məruz qalmaq təkcə ağciyər xəstəliklərini artırmır. Araşdırmalar göstərir ki, bu vəziyyət ürək-damar problemləri, tənəffüs xəstəlikləri və hətta insanın ümumi həyat keyfiyyəti ilə bağlı müxtəlif problemlərə gətirib çıxara bilər.
Qlobal miqyasda aparılan başqa bir tədqiqat isə çirkli havanın idmanın sağlamlıq üçün faydasını da azalda biləcəyini göstərib. Mütəxəssislərin sözlərinə görə, uzun müddət çirklənmiş hava şəraitində yaşamaq insan orqanizminin fiziki fəaliyyətə verdiyi müsbət reaksiyanı zəiflədə bilər.
Bundan əlavə, bəzi araşdırmalar hava çirkliliyinin virus və digər infeksiyalarla mübarizəni də çətinləşdirə biləcəyini ortaya qoyub. Bu isə tropik xəstəliklərdən ölüm riskinin artmasına səbəb ola bilər.\milli.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












