Hərbi çağırışla bağlı VACİB MƏLUMAT: Bunu edənlər həbs ediləcək

Hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçıran şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Avtosfer.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, hər bir vətəndaşın hərbi xidmət keçmək hüququ və vəzifəsi var. Vətəndaşların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi onların müqəddəs borcudur.
Kapitan Zəfər Əsgərlinin təqdim etdiyi məlumatda hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmanın hüquqi nəticələri, eləcə də bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri açıqlanıb.
Bildirilib ki, qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətə çağırışdan və ya səfərbərlik üzrə çağırışdan yayınan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Dövlət Xidməti vətəndaşları hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












